Taksimdə geylərlə polis arasında qarşıdurma - HADİSƏ YERİNDƏN

Türkiyədə keçirilən icazəsiz "gey-parad" onlarla insanın həbsi ilə nəticələnib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbulun Taksim meydanında keçirilməsinə cəhd edilən yürüşə polis mane olmağa çalışıb. İki min polis homoseksualların qarşısını alsa da, bir qrup meydana daxil olmağı bacarıb. Polis su şırnağı, gözyaşardıcı qaz və itlərlə onlara müdaxilə edib. Həmin qrupdan 24 nəfər saxlanılıb. Eyni zamanda homoseksuallara qarşı çıxaraq onlara hücum edən  qrupdan da 20 nəfər saxlanılıb.

 

"Associated Press"in operatoru Bram Janssen da saxlanılıb. O, hadisəni çəkərkən jurnalist vəsiqəsi üzərində olsa da, passportu olmayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR