Yarım kilo nəşə ilə tutulan şəxs: "Alıb atmışdım başımın altına"
"Xızı rayonuna getdim. Fikirləşirdim ki, 470 qram alım atım başımın altına. 10 manat verib almaq sərf eləmir. Aldım, 1 il çəkəcəkdim".
Arzusu ürəyində qalan Elməddin 1 il yox, heç bir gün də aldığı malın dadına baxa bilməyib. Başının altına qoymaq istədiyi narkotikə görə, Sumqayıt ŞPİ əməkdaşları onun başını yaman ağrıdıblar. APA TV-nin məlumatına görə, idarəyə gətirilən Elməddin Ağayevin üstünə baxış keçirilərkən ondan 470 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
İdeyası həyata keçməyənlərdən biri də Aqşin Adıgözəlovdur. Sumqayıt polisi onunda bir illik azuqəsini əlindən alıb. Həyata keçirilən əməliyyat nəticəsində isə əvvəllər məhkum olunmuş Aqşin Adıgözəlov Novxanıdan qayıdan zaman polis işçiləri onu şübhəli şəxs qismində saxlayıblar. "Novxanıdan aldım. Dedim, yavaş-yavaş çəkərəm, ağrılarımı kəsər. Çəkisi 495 qram olardı".
Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA