İsrail Əsəd qüvvələrini bombaladı, İrana xəbərdarlıq etdi
İsrail aviasiyası Suriya ordusunun sursat daşıyan hərbi karvanını bombalayıb. APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, həmin vaxt hərbi karvan Qolan yüksəklikləri ərazisində hərəkət edib.
İtkilər barədə məlumat yoxdur.
Təl-Əviv zərbələr nəticəsində güclü partlayışlar baş verdiyini təsdiqləyib.
Dəməşq isə İsraili İŞİD-ə dəstək verməkdə ittiham edib.
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsinin sərhədlərində istənilən hərbi manevrə sərt reaksiya veriləcək. Hökumət rəhbəri İrana da mesaj göndərib. O, Tehrana xəbərdarlıq edərək, Suriyanın İsrailə yaxın olan ərazilərindəki "Hizbullah" təşkilatına dəstəyi dayandırmağa çağırıb.
Bu arada Əsəd qüvvələri Küneytr bölgəsində "Ən Nüsra Cəbhəsi"nə ağır zərbələr vurub. Terrorçuların ciddi itki verdiyi deyilir.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA