Neft bazarında qeyri-müəyyənlik davam edir: OPEK-ABŞ QARŞIDURMASI
Dünya neft bazarında qiymətlərin 20 faiz ucuzlaşmasından sonra yenidən bahalaşma qeydə alınıb.
APA TV-nin məlumatına görə, ötən həftənin son satışlarında "Brent" neftinin bir bareli 45,66 dollara satılıb. Bu günün ilk satışlarında isə nəzərə çarpacaq qiymət artımı qeydə alınıb. Hazırda bu markadan olan neft 46,24 dollardan təklif olunur.
Eyni tendensiya WTI neftinin qiymətlərində də baş verib. Qərbi Texas nefti həftənin son satışlarında 43,11 dollardan təklif olunurdusa, hazırda 43,47 dollara satılır.
Bazardakı qiymətləri müəyyənləşdirən iki əsas oyunçu OPEK və ABŞ-dır. OPEK ilə Rusiya başda olmaqla 11 qeyri-kartel ölkəsinin may ayında əldə etdiyi hasilatın dondurulmasının vaxtının uzadılması razılaşması hələlik nəticə vermir. Digər tərəfdən təşkilata üzv ölkələr arasında siyasi böhran dərinləşməkdir. İran, Qətər, Səudiyyə Ərəbistanı arasında müharibə səviyyəsinə yüksələn böhran həll edilməmiş qalır. Bu bazara OPEK-in təsirini azaldır. Liviya və Nigeriyada isə hasilat artmaqdadır.
ABŞ isə neft ehtiyatlarının bir hissəsini satışa çıxarmaq niyyətindədir. Həm də bu ölkənin neft quyularının sayı artmaqdadır. Sadalanan səbəblər xam neftin qiymətinə mənfi təsir edir.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA