Əvvəlcə avtomobilini əzdi, qaçmaq istəyərkən sürücüsünü də yerlə sürüdü
Göygöldə iki avtomobilin toqquşmasından qaynaqlanan mübahisə zamanı bir nəfər xəsarət alıb.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Tağıyev Zabit Sabir oğluna məxsus "Vaz 21099" markalı minik maşınını vuran “Opel” markalı avtomaşının sürücüsü hadisə yerindən uzaqlaşmaq istəyib. Bu vaxt Z.Tağıyev yenidən onun qarşısını kəsib və YPX müfəttişləri əraziyə gələnə qədər onun gözləməsini istəyib. Ancaq "Opel"in sürücüsü buna məhəl qoymayaraq hərəkətinə davam edib və avtomobildən yapışan Z.Tağıyevi bir neçə metr yerlə sürüyüb.
Xəsarət alan Z.Tağıyev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA