Meşə yanğınları indi də İspaniyanı bürüdü

Portuqaliyadan sonra güclü meşə yanğınları indi də İspaniyaya keçib. Ölkənin cənubundakı meşələrdə başlayan yanğın küləklərin təsiri ilə sürətlə geniş sahəyə yayılıb.

APA TV "Euronews"a istinadən xəbər verir ki, əraziyə yüzlərlə xilasedici və yanğın söndürən maşınlar cəlb edilib. Ötən gecədən bəri yanğının nəzarət altına alınması üçün gərgin xilasetmə işləri gedir. Rəsmilər yerdən və havadan söndürmə işlərinin davam etdiyini açıqlayıb.

Moqer əyalətindən başlayan yanğın daha çox turistlərin yerləşdiyi Marbella və Kosta-del-Sol bölgələrini əhatə edib. Burada 2000-dən çox insan evakuasiya olunub.

Yanğının yaranması səbəbləri və ümumilikdə insan tələfatının olub-olmaması barədə hələlik bir açıqlama verilməyib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR