Pakistanda yanacaq daşıyan maşının aşaraq yanması faicəyə yol açdı - 148 ÖLÜ

Pakistanın Pəncab əyalətində Baxavalpur şəhərində yanacaq çənində baş verən yanğın və partlayış çox sayda insanın ölümünə və xəsarət almasına səbəb olub.

APA TV “Associated Press” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 148 nəfər ölüb, 50-yə yaxın insan xəsarət alıb. Məlumata görə, yanacaq daşıyan tankerin yolda aşmasından sonra benzin sızmağa başlayıb. İnsanlar yolda aşmış avtomaşının çənindən yanacaq almaq üçün toplaşıb və qəfil çəndə yanğın başlayıb. Yanıq xəsarəti alan 49 nəfərin çoxunun da vəziyyəti ağırdır.

Şahidlərdən biri bildirib ki, bir neçə nəfər çənin yağınlığında siqaret çəkirmiş və ehtimala görə, yanğının səbəbi bu ola bilər. Yanğın zamanı onlarla avtomobil və motosiklet də yanıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR