Qətər FETÖ ilə əlaqədə olan 45 nəfəri Türkiyəyə verdi
Qətər FETÖ terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 45 Türkiyə vətəndaşını deportasiya edib.
APA TV-nin məlumatına görə, onlar Türkiyəyə gələrkən hava limanında saxlanılıblar. Onların arasında 2012-ci ildə ölkəni tərk edərək Qətərə yola düşən Zekeriya və Derya Özşevik cütlüyü də var. Cütlüyün FETÖ lideri Fətullah Gülənin tapşırığı ilə terrorçularla əlaqəsi olan "Bank Asiya"da hesab açdıqları bildirilir.
İlkin ifadəsində Zekeriya Özşevik Atilla Yusuf Güleker adlı şəxsin Qətərdə məktəb açmaq istədiyini, habelə Eyüp Ayhanla birlikdə dini söhbətlər təşkil etdiyini açıqlayıb.
Şübhəli şəxslər İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən həbs edilib, barələrində istintaq araşdırmasına başlanılıb.
OXŞAR XƏBƏRLƏR
17:52
519
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
575
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
656
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
526
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
651
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
685