Bu gün Ramazan bayramıdır
Bu gün Azərbaycanda Ramazan bayramıdır.
APA TV-nin məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına əsasən, Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə mayın 27-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimlə iyunun 26-na təsadüf edir.
Bu gün Azərbaycanda bayram namazı qılınacaq. Namaz səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.
Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxarmalıdır. Fitrə bayram namazına qədər çıxarılmalıdır, onun miqdarı üç kilo xurmanın və ya buğdanın bazar qiyməti ilə ekvivalent təşkil edir. Fitrət payının imkansız insanlara, əlillərə, kimsəsizlərə verilməsi məqbul sayılır.
Bu il üçün fitrənin miqdarı 5-10 manat miqdarında müəyyənləşdirilib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə xalqı təbrik ediblər.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA