Saxlanılan oğru: "Ev sahibindən üzr istəyirəm"
Göygölün Üçtəpə kənd sakini Fəridə Ələsgərova bu ilin fevral ayında rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus fərdi yaşayış evinin qarət edildiyini bildirib. APA TV-nin məlumatına görə, hadisə baş verən gün evdə heç kim olmayıb.
Zərərçəkənin müraciəti əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb. Çox keçməyib ki, axtarışlar öz bəhrəsini verib və şübhəli qismində zərərçəkənin həmkəndlisi, 47 yaşlı İttifaq İsmayılov saxlanılıb: "Həmin şəxs şübhəli şəxs qismində Polis Şöbəsinə dəvət olunmuş və onunla aparılmış profilaktiki söhbətlər zamanı həmin oğurluq hadisəsinin tərəfindən törədilməsini səmimi olaraq etiraf etmişdir. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır".
İttifaq İsmayılov istintaqa verdiyi ifadə zamanı evdən 1650 manatlıq əşyaları sərxoş halda oğurladığını bildirib. Saxlanılan şəxs gec də olsa, ev sahibindən üzr istəməyi özünə borc bilib: "Çox-çox peşmanam. Ailəmin yanında utanıram. Ev sahibindən də dəfələrlə üzr istəyirəm. Kəndə də çıxa bilmirəm".
Bu İttifaq İsmayılovun ikinci məhkumluğu olacaq.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA