"İstənilən təşkilat üçün uğur sirri": Bakıda məşhur "Adizes"in treninqi keçirilib
Bakıda "Gilan Holding"in və ADA Universitetinin təşkilatçılığı ilə "İstənilən təşkilat üçün uğur sirri" mövzusunda təqdimat-tədbir keçirilib.
APA TV-nin əlumatına görə, təqdimat dünya miqyaslı "Adizes" İnstitutunun təsisçisi İ.Adizesin rəhbərliyi ilə keçirilib.
İ.Adizes şirkətlərin daha uzunömürlü olması, uğur əldə etməsi üçün düzgün strategiya haqqında məlumat verib: "Məqsədim Azərbaycanın biznes mühiti, cəmiyyəti, eyni zamanda tələbələr metodologiyama barədə necə inkişaf eləmək, necə böyümək, uğura necə nail olmaq və sairlə bağlı təlim keçməkdir. İstənilən şirkətin uğurunun əsas səbəbi pul qazanmaq deyil, əsas struktur, şirkətin təşkilati mədəniyyətidir".
Təlimçi onun kitabının yay mövsümündə Azərbaycan dilində nəşrdən çıxacağını da vurğulayıb.
Keçirilən təlimlə bağlı "Gilan Holding" Administrasıyasının Direktoru Fuad Kərimov isə bildirib ki, artıq 1 ildən çoxdur ki, "Adizes" İnstitutu ilə birgə çalışırlar: "Bu mövzu hal-hazırda ölkəmiz üçün, həm də biznes üçün çox vacibdir. Əsas məqsəd odur ki, İ.Adizesin təqdimatında vurğuladığı məqamlara şirkət daxilində də əməl olunsun".
"Adizes" İnstitutunun Azərbaycan üzrə baş direktoru Pavel Belorusskiy isə artıq bir neçə ildir Azərbaycan şirkətlərinin treninq keçmək üçün müraciət etdiklərini bildirib: "Şirkətlər müraciətləri zamanı "Adizes" İnstitutunun treninqləri nəticəsində yenidən formalaşmaq istəyir. Bundan başqa, bu il "Adizes" İnstitutunun Azərbaycanda filialını açmışıq. Bu gün də menecerlər, şirkət rəhbərləri üçün İ.Adizesin "İstənilən təşkilat üçün uğur sirri" mövzusunda təqdimatı keçirilir. Ümid edirik ki, yaxın illərdə "Adizes" İnstitutunun köməkliyi ilə şirkətlər mövcud bazarda öz reytinqlərini daha yaxşılaşdıracaqlar.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA