Adları "Qızıl kitab"a düşən gənc istedadlarımız: ONLARI DÜNYA TANIYACAQ
Lalə İbrahimova Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ılna yazılan və xüsusi təqaüd alacaq 9 gəncdən biridir. 12 ildən çoxdur ki, vokal sənəti ilə məşğuldur. 16 yaşının olmasına baxmayaraq Lalə Azərbaycanı bir çox ölkələrdə, beynəlxalq səhnələrdə təmsil edib: "Respublika və beynəlxalq müsabiqələr laureatıyam, Moskvada, Sankt - Peterburq, Avstraliya, Latviya, Estoniya və bir çox ölkələrdə Azərbaycanı müsabiqələrdə təmsil etmişəm. Festivallara qatılmışam, qalib olmuşam".
Lalənin arzusu peşəkar musiqiçi olub, Azərbaycanı beynəlxalq səhnələrdə tanıtmaqdır. Adı "Qırmızı kitab"a daxil edilən və xüsusi təqaüdə layiq görülən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Cavid Yusifzadənin də arzusu Lalə İbrahimova ilə eynidir. Xaricdə təhsil almaq, məşhur pianoçu olmaq istəyir. Cavidin musiqiyə həvəsi 3 yaşından yaranıb. O, Fransada keçirilən pianoçuların 11-ci beynəlxalq müsabiqəsində Paris Konservatoriyasında pulsuz təhsil almaq hüququ qazanıb: "Bir çox respublika və beynəlxalq müsabiqələrdə iştirak etmişəm, diplomlara, tərifnamələrə layiq görülmüşəm, bundan başqa beynəlxalq müsabiqələrə qatılıram. Burda mən 1-ci, 2-ci yerin qalibi oldum. Bakıda keçirilən İslam dünyası müsabiqəsində, Litvada keçirilən müsabiqədə 1-ci yerləri, ən sonuncu müsabiqədə - pianoçuların 1-ci Beynəlxalq müsabiqəsində iştirak etdim və xüsusi mükafata layiq görüldüm".
Adı "Qızıl kitab"a salınan Bakı şəhər Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Atilla Məmmədov da kiçik yaşlarından musiqi ilə məşğuldur. Onun ən böyük arzusu xaricdə təhsil almaq, öz səsi ilə Azərbaycanı dünyada təmsil etməkdir. Deyir, prezidentinin sərəncamı ilə adının "Qızıl kitab"a düşməsi və xüsusi təqaüdə layiq görülməsi onda musiqiyə olan həvəsi daha da artırıb. 9 yaşlı Atilla bir çox beynəlxalq müsabiqələrin qalibi olub: "4 yaşımdan musiqi ilə məşğul olmuşam. Maraqlı orasıdır ki, mən 4 yaşımda elə ciddi musiqilər ifa etmişəm. ilk ifa etdiyimi Lobersan Lorretinin "Camayka" mahnısı olub. "Testene art" adlı İtalyan müsabiqəsinin birincisi olmuşam. Azərbaycanı Türkiyədə təmsil etmişəm, "O səs çocuklar" yarışmasında finalist olmuşam".
Atilla ən çox vətənpərvər mövzularda olan musiqiləri ifa etməyi sevir: "Mən sizə, ən sevdiyim Azərbaycan mahnısını ifa edəcəyəm".
16 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Fikrət Budaqov da onların böyük uğurlar qazanacağına əmindir: "Bu uşaqların hamısını mən tanıyıram. Onlar olduqca istedadlı gənclərdir. Onlar bizim respublikamızı xaricdə təmsil edir, hamısı beynəlxalq müsabiqə laureatlarıdır. Şəhərimizdə keçirilən bütün beynəlxalq müsabiqələrdə iştirak edən uşaqlardır".
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA