8 ərəb şahzadəsinə həbs cəzası kəsildi - SƏBƏB

Belçika məhkəməsi Birləşmiş Ərəb Əmirliklərinin 8 şahzadəsi barədə həbs qərarı çıxarıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, onların hər birinə 15 ay həbs və 165 min avro cəza kəsilib.


Şahzadələr xidmətçiləri istismar etməkdə və insan alverində ittiham olunur.

Cəzaya məruz qalanlar ölkənin ən zəngin ailələrindən olan əl Nahyanlara mənsub şahzadələrdir.

Onlar Brüsseldə kirayələdikləri hoteldən personala orada qalacaqları müddətdə binanı tərk etməyə izn verməyib.

Onlar xidmətçiləri çoxlu yeməyə və yerdə uzanmağa məcbur edib, rahatlıq verməyiblər.

Hoteldən çıxmağa imkan tapan bir personal üzvü polis idarəsinə gəlib və baş verənlər barədə məlumat verib.

Əbu Dabi əmiri Şeyx Xəlifə bin Zayed əl Nahyan ailəsi dünyanın ən böyük futbol klublarından "Mançester Yunayted"in sahibidir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR