Qətər ona təqdim edilən "barışıq şərtləri"ni rədd etdi

Qətər 4 ərəb ölkəsi tərəfindən ona təqdim edilən tələb siyahısına etiraz edib. APA TV-nin "Əl Ərəbiyyə"yə istinadən məlumatına görə, ölkənin xarici işlər naziri Məhəmməd bin Abdul Rəhman əl Tani bu şərtləri qəbuledilməz hesab edir.


Qətər hakimiyyəti Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn tərəfindən irəli sürülən şərtləri ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib.

Xatırladaq ki, Dohaya qarşı 10 şərt irəli sürülüb. Siyahıda Qətərdən İranla əlaqələri kəsmək, ölkə ərazisindən Türkiyəyə məxsus hərbi bazanın çıxarılması və "Əl Cəzirə" telekanalının bağlanması israrla tələb olunur.
 

Bu şərtlərin yerinə yetiriləcəyi təqdirdə adı çəkilən dörd ölkə Qətərlə diplomatik əlaqələri bərpa edəcəyinə və sanksiyaları dayandıracağına söz verir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR