Bu hərəkətləri etməklə fit bədənə sahib ola bilərsiniz! - MƏŞQÇİDƏN MƏSLƏHƏTLƏR
İnsan bədəni hərəkət üçün yaranıb. Az hərəkətli həyat tərzi insanın tez yorulmasına, əhval-ruhiyyənin enməsinə, bəzilərində isə depressiyaya gətirib çıxarır. İdmanla məşğul olmaq insanda öz gücünə inamı artırır. İdmanla məşğul olduqda yaşınızdan və fiziki vəziyyətinizdən asılı olmayaraq siz əhval-ruhiyyənizi və xarici görünüşünüzü müsbət tərəfə doğru dəyişə bilərsiniz.
Bir çoxları evdə, bəziləri açıq havada idmanla məşğul olsa da əksəriyyət idman zallarına üstünlük verir. Əvvəllər daha çox kişilərin buraya getdiyini müşahidə etsək də, son zamanlar qadınların da sayı artıb. Xanımlar daha çox fit bədənə sahib olmaq, artıq çəkini atmaq, formada qalmaq üçün yollarını buradan salır: "Demək olar ki, hər gün gəlirəm, müəllimimiz də var. Daha çox piyləri yandırmaq üçün arıqlamağa, fit görsənmək üçün gəlirəm. Artıq yaş gedir, ona görə bədəni yığmaq, formada qalmaq lazımdır. 16 kq sağlam arıqlamışam. Məşqçinin icazə verdiyi yeməkləri yemək, bol maye qəbul etmək, mütəmadi olaraq idmanı davam etdirmək lazımdır. Uşağı da gətirirəm gələcəkdə bizim kimi kilo almasın. Sağlam fit bədəni olsun gələcəkdə".
Məşqçi Toğrul Alıyev deyir ki, bir çoxları yay aylarına bir iki ay qalmış müraciət edir ki, əslində bu, gündəlik həyat tərzinə çevrilməlidir: "Məsələn, yaya bir-iki ay qalmış çəki atmaq, yaxud da forma yığmaqlazımdır. Bir aya 10-15 kq çəki salmaq - bunun özü zərərlidir. Çəkiyə, boya, həyat tərzinə baxmaq şərtdir. Bundan sonra pəhriz yazılmalıdır. Məşqin növündən də çox şey asılıdır, çünki çəki atmaq məsələsi var. Adam var ki, 60 kq-dır, boyu isə 1,60-dır. O adama 10 kq çəki atmaq olmaz. Bədənin hansı yerində daha çox piylənmə var, ona uyğun da pəhriz və məşq proqramları lazımdır. Daha çox kilolu olan insanlar 1 aya 5-10 kq çəki ata bilər, sonradan dayana bilər. Orta hesabla bir aya 5 kq çəki atmaq lazımdır".
Bundan başqa Toğrul Alıyev deyir ki, əzələlərin şişirdilməsi üçün müxtəlif kimyəvi tərkibli maddələrdən istifadə edirlər ki, bu da orqanizm üçün çox zərərlidir: "Zərərli bir bədəndə estetikanın mənası yoxdur. Buna görə də çalışaq ki, natural yolla bu bədənə sahib olaq, gec olsun, amma sağlıqlı bədən olsun. Kimyəvi maddəli iynələrdən istifadə edənlər gələcəkdə zərərlərini görür. Fəsadları bədəndə səpgilərin yaranmasıdır, qara ciyərə, ürəyə ziyandır. Yeni başlayan insanlar çalışmalıdır ki, bir-iki ay ərzində heç bir proteindən istifadə eləməsinlər. İnsan bədəni onsuz da böyüməyə meylli olur. İki aydan sonra məşqçilərdən, müəllimlərdən soruşmaq lazımdır ki, hansı idman qidalarından istifadə edə bilərlər. İdman qidalarının heç bir zərəri yoxdur. Pendir suyundan hazırlanır və onun tərkibinə müxtəlif qatqılar əlavə edilir ki, bu da yediyimiz qidaların içində var".
Qadınlar daha çox məşq etməklə sinələrini böyütmək istəyir ki, treyner bunun mümkünsüz olduğunu deyir: "Çox insan anlamır ki, sinə məşq hərəkətləri ilə böyümür. Qadınlarda anatomiya belədir ki, yağdır, süd vəzidir, balaca bir əzələ qrupudur, həmin əzələ qrupunu işləyə bilərlər. Amma həftədə bir dəfə, həm də iki-üç sinə hərəkətilə sinə böyümür. Ayağı yan hissələrini formaya salmaq üçün gəlirlər, adam var qarnını əritmək üçün gəlir. Artıq çəkidən qurtulmaq istəyənlər də var, formaya salmaq istəyənlər də var. Baxırsan ki, forması var, amma ayağında artıq ətlər bilinir".
"Bir neçə hərəkəti göstərmək istəyirəm. İlk olaraq yan hərəkətini göstərəcəyəm. Burada ayaqlarımızı qabağa qoyuruq. Yanımızı tam arxaya. Tam oturmamış qalxırıq, çünki əzələ yükdə qalsın".
"Növbəti hərəkətimiz ştanqa ilə oturub-durmadır. Ayağı çiyin bərbərliyində açırıq. Yanımız və dizimiz yerlə paralel olana qədər oturub qalxırıq".
"Bu hərəkət isə ayağı bitişdiririk. Oturub qalxırıq. Bunun yan hissəni formaya salmaq üçün faydası var".
"Bu aparat isə ayağın üst əzələsini bərkitmək, həm də inkişaf etdirmək üçündür. Xanım indi 10 saniyə ayağını saxlayacaq. Çalışın standart məşqlərdən də uzaq olun. Məsələn, 10 dəfə etdinizsə, gələn dəfə 15 dəfə edin".
"Gördüyünüz hərəkət isə uzanaraq ağırlığı yuxarı itələmə hərəkətidir. Bu isə sırf ayağın arxa və yan hissəyə, bir az da ayağın üst hissəsinə işləyir".
"Bu isə kürək hərəkətidir. Daha enli kürək sahibi olmaq üçün. Bu aləti sinənin tam üstünə çəkmək lazımdır".
"Səhər məşqlərindən dərhal sonra bu xizək aparatında piylərinizi yandırmaqla arıqlamaq mümkündür".
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA