Neft ən kəskin ucuzlaşma dövrünə qayıdır - SON 20 İLDƏ
2017-ci ilin əvvəlindən 23 iyun tarixinədək olan müddətdə birjalarda "Brent" markalı neftin qiyməti 20,5 faiz ucuzlaşıb. Əgər bu markadan olan "qara qızıl"ın dəyəri ilin ortasınadək analoji səviyyədə qalsa, bu, 1997-ci ildən sonra ən güclü ucuzlaşma olacaq.
APA TV-nin məlumatına görə, birjalardakı hərraclarda "Brent" nefti 45,58 dollara satılıb. WTI neftinin qiyməti də beşinci həftədir azalan şkala üzrə hərəkət edir. Son hərraclarda bu markadan olan "qara qızıl"a ötən fyüçerslərdən 4 faiz daha aşağı qiymət təklif olunub.
Cari ilin mayında hasilatın azaldılması barədə əldə olunan razılaşma hələ ki investorların diqqətini cəlb edə bilməyib, OPEK və tərəfdaşlarının isə qiymət artımına nail olmaq üçün istifadə etdiyi resurslar isə tükənmək üzrədir.
Neftin ucuzlaşmasınnı əsas səbəbləri də dəyişməz qalıb. Belə ki, ABŞ-da "qara qızıl" ehtiyatlarının, Liviya və Nigeriyada isə hasilat səviyyəsinin maksimum həddə artması, habelə bazar iştirakçılarının baş verənlərə sərgilədiyi skeptik yanaşma bu faktoru şərtləndirən əsas amillərdən sayılır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA