BQP 10 yaşında
Böyük Quruluş Partiyası 10 illik yubileyini qeyd edib. Partiyanı yaratmaqda məqsəd Azərbaycandakı ictimai-siyasi hadisələrdə aktiv olmaq və prosesdə iştirak etmək olub. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa belə deyir. O həmçinin bildirir ki, ötən 10 ildə partiyanın böyük uğurları olub. BQP sədri bildirib ki, növbəti illərdə də məqsəd daha da inkişaf etmək və yeni uğurlar qazanmaqdır.
“Cəmiyyətimizə partiyamız haqqında doğru mesajların verilməsi əsas hədəfimizdir. Partiyamız Azərbaycan siyasətində öz yerini tutan seçkilərdə sözünü deyən qurumdur. Parlamentdə təmsil olunan, beynəlxalq arenada öz özünü deyən qurumuq. Ümid edək ki, bu on il bizim üçün yeni start vəziyyəti olacaqdır. Və növbəti illərdə partiya hədəflərinə ardıcıl olaraq çatacaqdır”.
Qeyd edək ki, partiyanın yubiley mərasimində Milli Məclisin deputatları, KİV nümayəndələri və ictimai qurumların rəhbərləri iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI