İŞİD-in “pul kisəsi” öldürüldü

Suriyada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən İŞİD terror qruplaşmasının əsas maliyyəçilərindən biri Favvaz Məhəmməd Cübeyr ər-Raui məhv edilib.

 

Bu barədə koalisiya qüvvələri komandanlığının bəyanatında bildirilir.

 

Məlumata əsasən, Cübeyr ər-Raui hava zərbəsi nəticəsində öldürülüb. Onun terror aktlarının törədilməsi üçün  milyonlarla dollar pul köçürdüyü, terrorçuların vəsaitlərinin digər ölkələrə ötürdüyü, xaricdən pul aldığı bildirilir.

 

Qeyd edək ki, 2016-cı ilin dekabrında ABŞ Maliyyə nazirliyi ər-Rauiyə qarşı sanksiya tətbiq etmişdi.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR