Ucarda 11 yaşlı yeniyetmə çayda boğuldu

Ucarda 11 yaşlı yeniyetmə çayda batıb. APA TV-nin yerli bürosunun xəbərinə görə,   hadisə iyunun 23-də gündüz saatlarında baş verib. Ucar rayonun Rəstəcə kənd sakini 11 yaşlı Səid Zülfüqar oğlu Həsənov yoldaşları ilə birlikdə Göyçay çayının  rayonun Qulabənd kəndindən keçən hissəsində  "Şır-şır" adlanan ərazidə çimərkən suda boğulub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Axşam saatlarına kimi axtarışlar aparılsa da, heç bir nəticə verməyib. Axtarışlar iyunun 24-də də davam etdiriləcək.

 

Qeyd edək ki, Səid Həsənov ailədə iki bacının yeganə qardaşıdır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR