İnəkləri güllələyən şəxs: "Ürəyim zəifdir, qova bilmirəm"

Masallı sakini əkin sahəsinə girən heyvanları odlu silahla vurub. APA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayonun Kolatan kəndində yaşayan 1958-ci il təvəllüdlü Allahşükür Yaqub oğlu Məmmədovun noxud tarlasına iribuynuzlu heyvanlar girib. Tarla sahibi özünə məxsus tüfənglə heyvanlara atəş açıb. Nəticədə 4 iribuynuzlu heyvan yaralanıb.

 

Hadisə ilə bağlı 102 xidmətinə məlumat verilib. Polis əməkdaşları hadisə yerinə gəlib.

 

Fakt araşdırılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR