Saxlanılan şəxs: "Öz həyətimdə əkmişəm"
Sumqayıt şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları yenə narkomanların yaxalanması üçün əməliyyat keçirib.
APA TV-nin məlumatına görə, həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin alqı-satqısı və kultivasiyası ilə məşğul olan 3 nəfər zərərsizləşdirilib, qanunsuz dövriyyədən isə 12 kiloqrama yaxın narkotik maddə çıxarılıb.
Əvvəl Saray bağları massivində yaşayan, əvvəllər məhkum olunmuş Qiyas Bayramov saxlanılıb:
"Evimin həyətində əkmişəm. Arada gəlib qulluq edirdim".
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi 4 kiloqram 900 qram olan 76 ədəd çətənə kolu, mənzildən isə əlavə olaraq 5 kiloqram 800 qram çəkidə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA