İmişlidə iki maşın toqquşdu: ata və azyaşlı oğlu xəsarət aldı
İmişli şəhərinin mərkəzində qəza olub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, İmişli sakinləri İbrahimov Vasif Aydın oğlunun idarə etdiyi "Mercedes" markalı 90 MB 016 dövlət nömrə nişanlı avtomobillə, 1949-cu il təvəllüdlü Yaqub Misirxan oğlu Pənahovun idarə etdiyi "VAZ 2106" markalı 30 BJ 493 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Nəticədə "VAZ 2106"nın sürücüsü və sərnişinləri - 1977-ci il təvəllüdlü Ağaşov İlqar Fərzulla oğlu və onun azyaşlı oğlu, 2004-cü il təvəllüdlü Elton Ağaşov xəsarət alıblar. Onlar İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:52
535
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
594
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
674
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
528
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
655
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
689