Qəbələdə FHN-nin hərbi hissəsində Ordu Günü ilə bağlı tədbir keçirilib

26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı N saylı hərbi hissəsində tədbir keçirilib.


APA TV-nin yerli bürosunun məlumatına görə, mərasimdə FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. O, Azərbaycanın qüdrətli və nizami orduya malik olmasından, FHN-nin Mülkü Müdafiə Qoşunlarının Azərbaycanın ordu sistemindəki rolundan geniş bəhs edib.


Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini qeyd edib: "Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə və işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Buna baxmayaraq Azərbaycan xalqı Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır".

Sonda FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən əsgərlərə  bayram münasibətilə xatirə hədiyyələri təqdim olunub.
 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR