Müştəri narkotik alverçisini ələ verdi - POLİS ƏMƏLİYYATI
Kürdəmirdə narkotik maddə satan şəxs tutulub. APA TV-nın yerli bürosunun məlumatına görə, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Atakişili kənd sakini Pünhan Fazil oğlu İbrahimova məxsus "VAZ-21 074" markalı minik maşınına baxış keçirilərkən oradan bir kibrit qutusu narkotik maddə hesab olunan marixuana aşkar ediblər.
İlkin dindirmə zamanı P. İbrahimov narkotik maddəni rayonun Şıxımlı kənd sakini, Ramil Rəşid oğlu Mövlayevdən 50 manata aldığını bildirib. R. Mövlayevin kənddəki evinə baxış keçirilərkən oradan marixuana və 0,155 qram heroin aşkar olunaraq götürülüb.
R. Movlayev eyni əmələ görə, bir dəfə də məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:52
551
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
607
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
688
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
530
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
658
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
691