"Porsche" ilə 24 yaşlı qızı vuran 14 yaşlı oğlan qapalı təlim-tərbiyə müəssisəsinə göndərildi
Məhkəmə “Porsche” ilə qəza törədən yeniyetmə barədə qərar verib. Bakı şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, Sabunçu rayon Məhkəməsi Cinayət Məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə qərar qəbul edib.
Qərarın icrası Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib.
Qeyd edək ki, bu il mayın 3-də “Porsche” markalı, "99-BS-999" dövlət nömrə nişanlı avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada, 24 yaşlı Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. X. Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs - F. Fərəcli tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə - azyaşlı oğlu A. Fərəcliyə verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA