Rusiya Aralıq dənizindən İŞİD mövqelərini "Kalibr" raketləri ilə vurdu - VİDEO

Rusiya Aralıq dənizində yerləşən gəmilərdən İŞİD-in Suriyada yerləşən mövqelərini "Kalibr" qanadlı raketləri ilə vurub.

 

APA TV-nin məlumatına görə, "Admiral Essen", "Admiral Qriqoroviç" freqatları və "Krasnodar" sualtı gəmisindən atılan raketlər Həma vilayətinin Akerbat qəsəbəsini vurub. Raket zərbələri nəticəsində İŞİD terror təşkilatının qərargah mərkəzi, silah-sursat anbarları məhv edilib. Raket zərbələrindən sonra Rusiya hərbi təyyarələri ərazini aramsız bombardman ediblər.

 

Müdafiə Nazirliyi qanadlı raketlərin atılması barədə Türkiyə və İsrail komandanlığını əvvəlcədən məlumatlandırıb. Ümumilikdə İŞİD mövqelərinə 6 "kalibr" qanadlı raketi atılıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR