"AST Telman"ın Las-Veqasdakı ticarət mərkəzi əlindən alındı
Azərbaycanlı milyarder Telman İsmayılovun ABŞ-ın Las-Veqas şəhərində yerləşən "Craig Valley Plaza" ticarət mərkəzi əlindən alınıb.
APA TV-nin məlumatına görə, bu barədə Nevada ştatının məhkəməsi Rusiyanın "VTB" qrupuna aid "Bank Moskva" bankının tələbinə əsasən qərar çıxarıb.
Xatırladaq ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin sentyabrınadək Telman İsmayılovun "AST" şirkətlər qrupuna daxil olan "Ruslayn 2000" və "Tropicano Finans B.V." şirkətləri sözü gedən bankdan 230 milyon dollar kredit alıb, bir qədər sonra isə bu kreditlərin ödənməsində çətinliklə üzləşiblər. 2016-cı ilin avqustunda "Çerkizov" bazarı, habelə "AST Praqa" mehmanxanası məhkəmənin qərarı ilə müflis elan olunan T. İsmayılovun əlindən alınıb.
"Craig Valley Plaza"ya gəlincə, 7 min kdvadrat metr ərazisi olan ticarət mərkəzi Telman İsmayılovun yaxın qohumu Nailə Sadıxova tərəfindən idarə olunurdu.
Qeyd edək ki, "Bank VTB" məsələ ilə bağlı mətbuata açıqlamasında milyarder Telman İsmayılovdan borcun tam məbləğdə tutulması üçün bütün hüquqi prosedurlara əl atacağını bildirib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA