Neft itirdiyi mövqeləri bərpa etməyə başlayır

Neft bazarda itirdiyi mövqeləri bərpa etməyə başlayır. APA TV-nin məlumatına görə, "Brent" markalı neftin 1 bareli 44,46 dollar həddinə düşdükdən sonra gün ərzində bahalaşmağa başlayıb. Səhər keçirilən ticarət sessiyalarında bu markadan olan neft 45,70 dollardan satılıb. Qərbi Texas neftinin qiymətinin bahalaşma tempi nisbətən zəif olub. Dünən 42,19 dollardan satılan WTİ nefti bu gün keçirilən seanslarda 42,94 dollaradək bahalaşıb.

 

Bu gün ABŞ-da neft hasilatına cəlb olunan buruqların sayına dair növbəti hesabat açıqlanacaq. "Baker Hughes" şirkətinin açıqlayacağı hesabatda buruqların sayının artacağı proqnozlaşdırılır. Bu hesabat birjaların son iş günündə neftin qiymətlərinin formalaşmasına təsir göstərən əsas amillərdən hesab olunur. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR