Hacıqabulda avtomobil inəyi vurdu

Gecə saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır xəsarətlə nəticələnən yol qəzası qeydə alınıb.

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Tərtər rayonunun İsmayılbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Axundov Salman Yunis oğlunun idarə etdiyi “Oka” markalı "59 BD 451" dövlət nömrə nişanlı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb.

Qəza nəticəsində sürücü ağır xəsarətlər alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Avtomobildə olan sürücünün 4 ailə üzvü yüngül xəsarət alıb. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR