Keçmiş sevgilisini öldürdü, ev sahiblərini yaraladı - "SOVETSKİ"DƏ QƏTL

Bakıda bir qrup şəxs mənzilə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfəri yaralayıb.

 

APA TV-nin xəbərinə görə, qanlı hadisə paytaxtın Yasamal rayonu, İbrahim Əbilov küçəsi 60 ünvanında baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayənişin olan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib. Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyib.

 

Dostlarının köməyi ilə Sənan əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetirib. Yaralılar 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, M.Əliyeva xəstəxanada keçinib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb. Polis Sənan adlı şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Qətlin təfərrüatları hələlik tam bəlli deyil.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR