Əfqanıstanda bankın qarşısında avtomobil partladıldı: 34 ölü, 60 yaralı
Əfqanıstanın Hilmənd vilayətində banklardan birinin yaxınlığında partlayıcı quraşdırılmış avtomobilin partladılması nəticəsində azı 34 nəfər ölüb, daha 60 nəfər isə xəsarət alıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Hilmənd vilayətinin rəhbəri Hayətullah Həyat ölənlər arasında dinc sakinlərin çox olduğunu, əksəriyyətinin də qadın və uşaqlar təşkil etdiyini açıqlayıb.
Bayramqabağı məvaciblərini bankomatdan çıxarmaq üçün banka yaxınlaşan müştərilər bildirib ki, hücumçular əvvəlcə təhlükəsizlik xidmətinin əməkdaşlarına atəş açıb.
Bir qədər sonra bu hadisəyə məsuliyyəti "Taliban" terror təşkilatı öz üzərinə götürüb.
Qeyd edək ki, Hilməndin mərkəzində yerləşən bank son üç ildə üçüncü dəfə hücuma məruz qalır.
OXŞAR XƏBƏRLƏR
17:52
551
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
607
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
688
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
530
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
658
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
691