Prezident Administrasiyasının sektor müdiri: "Ermənilər tarix boyu xalqımıza qarşı cinayətlər törədib"

"Ermənilər tarix boyu xalqımıza qarşı cinayətlər törədib". APA TV-nin məlumatına görə, bu fikirləri Prezident Administrasiyanın sektor müdiri, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövzusunda beynəlxalq ictimai forumdakı çıxışında deyib.

 

O, bildirib ki, Ermənistan tarixi ərazilərimiz olan Dağlıq Qarabağ bölgəsini bu günədən qanunsuz olaraq işğal altında saxlayır: "Mən bu forumla bağlı bəzi tezislər hazırlamışam ki, onları sizin diqqətinizə çatdırmaq istəyirəm. Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma "Böyük Ermənistan" ideyasını həyata keçirmək məqsədilə 1905, 1906, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər".

 

Administrasiya rəsmisi qeyd edib ki, beynəlxalq təşkilatların ermənilərin xalqımıza qarşı həyata keçirdiyi cinayətlərlə bağlı qəbul etdiyi sənədlər Azərbaycanın  bu məsələdəki haqlı mövqeyini bir daha ortaya qoyur. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR