Nəriman Həsənzadə: "Azərbaycan Taleh Həmidin simasında həm də dəyərli dramaturqu itirib"
"O, Azərbaycan poeziyasında imza qoymağı bacardı". APA TV-nin məlumatına görə, bu sözləri filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı şair, publisist, SSRİ Yazıçılar Birliyinin üzvü Taleh Həmidin 65 illik yubileyinə həsr olunmuş anım tədbirində deyib. O, Taleh Həmidin elə ilk gündən ədəbi camiənin diqqətini cəlb etdiyini vurğulayıb. “Mövzu zənginliyi onun yaradıcılığının fərqləndirici xüsusiyyətlərindəndir” deyə o, əlavə edib.
Xalq şairi Nəriman Həsənzadə isə Taleh Həmidin rəvan dildə yazdığını bildirib. O, “Yəhya bəy Dilqəm” adlı ikihissəli lirik psixoloji dramı vurğulayaraq qeyd edib ki, Azərbaycan təkcə görkəmli şairi deyil, həm də dəyərli dramaturqu itirib.
Nizami Kino Mərkəzində keçirilən anım tədbirində Taleh Həmidin müxtəlif zamanlarda yazdığı şeirlər səsləndirilib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA