Tillerson: "Qətərə təqdim olunacaq tələblərin siyahısı hazırlanır"

"Qətərə təqdim ediləcək şərtlərin siyahısı hazırlanır". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəhbəri bildirib.
 

Reks Tillerson tələblərin yaxın günlərdə rəsmi Dohaya çatdırılacağını deyib. O əlavə edib ki, bu tələblər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreynin də maraqları ilə üst-üstə düşür.

Tələblərin icrasına tez və rahat başlanması üçün onun məntiqlə hazırlandığını qeyd edən dövlət katibi Küveytin vasitəçilik cəhdlərini də yüksək qiymətləndirdiklərini bildirib.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Qэtəri terrorçuluğu dəstəkləyən ölkə kimi sərt tənqid edib və Dohaya qarşı sanksiyaları dəstəkləyib. Reks Tillerson isə bu sanksiyaların yumşaldılmasının vacibliyini qeyd edib.
 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR