Bərzani hədələdi: "Müstəqilliyimizə mane olmaq istəsələr, dəhşətli müharibə başlayacaq"

Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani müstəqillik referendumundan imtina etməyəcəyini açıqlayıb. APA TV-nin məlumatına görə, Bərzani bildirib ki, referenduma mane olmaq istəsələr, dəhşətli müharibə başlayacaq.

 

"France 24" telekanalına müsahibə verən Bərzani qeyd edib ki, referendum buna qədər bir neçə dəfə təxirə salınıb: "Əgər səbəb kimi bölgədə yaşanan problemlərin həlli və sabitliyin bərqərar olması göstərilirsə, bu çox vaxt aparacaq və biz həmin tarixi müəyyənləşdirməkdə çətinliklərlə qarşılacağıq".

 

Bərzani 25 sentyabra təyin olunan referenduma Türkiyə, İran, ABŞ və Avropadan neqativ reaksiyalar gəlmədiyini iddia edib: "Regional hökumətlə mərkəzi hökumət arasında var olan vəziyyət davamlı deyil. Qan gölündən qaçmaq üçün əlimizdən gələn hər şeyi etməliyik. Əgər bir yerdə döyüş olacaqsa, çox ölümcül bir döyüş olacaq. Kürdüstan rəhbərliyi olaraq bütün məsələlərin dialoq və qarşılıqlı anlaşma şəraitində həll olunası üçün çox çalışmışıq. Çünki Ərbil-Bağdad arasında qonşuluq əlaqələrinin daim yaxşı olmasını istəmişik".

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR