Goranboy sakini: "Satmağa 4 kilo marixuana gətirmişdim, polis tutdu"
Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə Mingəçevir şəhəri ərazisində bir nəfərin narkotik vasitəni satacağı barədə əməliyyat məlumat daxil olub. APA TV-nin məlumatına görə, həyata keçirilən əməliyyat nəticəsində Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Tariyel Abdulkərimov şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilib.
Üzərinə baxış keçirilərkən ona məxsus idman çantasından külli miqdarda marixuana aşkar edilərək götürülüb.
Ekspertiza həmin narkotik vasitənin ümumi çəkisi 4 kiloqram 600 qram qurudulmuş marixuana olması barədə rəy verib.
Tariyel Abdulkərimov narkotik maddəni Mingəçevirə satmaq üçün gətirdiyini deyib: "Şəki ərazisindən yabanı halda bitən narkotik vasitə yığmışam. Qurutmuşam, Satmaq məqsədilə Mingəçevirə gətirmişəm. 4 kilo idi. Polis məni tutdu".
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA