Neft bir gündə 2% ucuzlaşdı, OPEK hasilatı daha da azaltmaq istəyir
ABŞ Energetika Nazirliyinin ölkənin neft ehtiyatlarının həcminə dair açıqladığı hesabat birjalarda şok effekti doğurub. APA TV-nin məlumatına görə, hesabatda ABŞ-ın neft ehtiyatlarının həftə ərzində 2,5 milyon barel azaldığı qeyd olunur. Analitiklər ehtiyatların 2,2 milyon, Amerika Neft İnstitutu isə 2,7 milyon barel azalacağını proqnozlaşdırırdı. Neft ehtiyatlarının azalması həm ABŞ iqtisadiyyatının xaricdən neft alıcılıq qabiliyyətinin aşağı düşməsi, həm bazara əlavə həcmdə neft daxil olması deməkdir. Bu amillər birjalarda "qara qızıl"ın qiymətinə mənfi təsir göstərir.
Dünən keçirilən ticarət sessiyalarında "Brent" markalı neftin maksimum qiyməti 46,18 dollar olub, ABŞ Energetika Nazirliyinin hesabatından sonra isə qiymətlər 44,48 dollar həddinədək enib. Qərbi Texas nefti isə 43,78 dollarlıq maksimum nəticə göstərdikdən sonra 42,19 dollar həddinə düşüb. Bu, ötən ilin noyabr ayından sonra ən ucuz qiymətdir.
İranın energetika naziri Bijan Zanqane bildirib ki, ABŞ-da hasilatın artma göstəriciləri proqnozlardan üstün olub, bu səbəbdən OPEK hasilatı daha da azaltmaq imkanlarını yenidən nəzərdən keçirməyə başlayıb. Kartel həmçinin hasilatı azaltmaq sazişinin müddətini uzatmağı planlaşdırır.
Xatırladaq ki, "OPEK+" formatında əldə olunan razılaşma neftin qiymətinə pozitiv təsir göstərə bilməyib. ABŞ-da qaya nefti hasilatının artması, razılaşmada iştirak etməyən Liviya və Nigeriya kimi OPEK ölkələrində hasilatın maksimum həddə çatması sövdələşmənin effektini sıfıra endirib. Digər tərəfdən maraqlıdır ki, dünyanın ən böyük neft hasil edən ölkələrindən Səudiyyə Krallığında taxt-tac varisinin dəyişməsi birjalarda neftin qiymətinə təsir göstərməyib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA