ABŞ-da terror həyəcanı: hava limanı boşaldıldı

ABŞ-ın Miçiqan ştatındakı Flint şəhərinin hava limanında insident baş verib. APA TV-nin məlumatına görə, beynəlxalq hava limanı boşaldılıb.

 

Sonradan məlum olub ki, bıçaqla silahlanmış şəxs hava limanında polis əməkdaşına hücum edib və onu yaralayıb. Hücum edən şəxs zərərsizləşdirilib. O, dindirildikdən sonra Federal Təhqiqatlar Bürosu hadisənin terror aktı olduğunu açıqlayıb. Büronun nümayəndəsi bildirib ki, polis əməkdaşına hücum edən şəxs Kanada vətəndaşı, 52 yaşlı Omor Ftuidir.

 

Onun ABŞ-a qeyri-leqal yolla daxil olduğu bildirilir. Omor Ftui Flint hava limanına gəlib və “Allahu əkbər” qışqıraraq polis işçisinə hücum edib.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR