ABŞ Qarabağ cəbhəsində baş verənlərdən narahatdır

ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır. APA TV-nin məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyertin bəyanatında deyilir.

 

"ABŞ ötən həftə təmas xəttində itki ilə nəticələnən atəşkəs rejiminin pozulmasından dərin narahatdır. Biz tərəfləri eskalasiyadan çəkinməyə, gərginliyin azaldılması üçün səylər göstərməyə çağırırıq”, bəyanatda deyilir.

 

Qeyd edək ki, iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin  kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində  müdafiə xəttini keçməyə cəhd göstərib. Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR