Cəlilabadın məşhur “İran bazarı” yandı: 15-ə yaxın mağaza kül oldu

Cəlilabadda bazarda yanğın olub,15-ə yaxın mağaza yanaraq külə dönüb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə,  hadisə "İran bazarı" kimi tanınan ərazidə qeydə alınıb. Cehiz  əşyalarının satıldığı hissədə qeydə alınan yanğın qısa müddətdə böyük bir ərazini əhatə edib. Dərhal hadisə yerinə Cəlilabadla yanaşı qonşu Masallı və Biləsuvar rayonlarının yanğından mühafizə hissələrinin yanğınsöndmə briqadaları cəlb edilib. Küləkli hava yanğınsöndürənlərin işinə maneçilik törədib.

 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi sahəsi 4600 m2 olan “Cəlilabad” ticarət mərkəzinin  dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə, içərisində olan müxtəlif mağazalar və əşyalar 400 m2  sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı bir nəfər yanıq xəsarəti alaraq, Cəlilabad rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR