Həyətində narkotik bitkilər əkib-becərən şəxs tutuldu
Balakəndə külli miqdarda narkotik bitkiləri əkib becərən şəxs tutulub. APA TV-nin məlumatına görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkiləri əkilib-becərilməsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat-axtarış tədbiri keçirib. Tədbir zamanı rayonun Qullar kənd sakini, 1970-ci il təvəllüdlü Bayram Şəmsəddin oğlu Əmraliyevə məxsus həyətyanı sahədə tikilmiş yarımçıq tikilidə 10 ədəd müxtəlif formada olan qablarda kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən 126 ədəd çətənə bitkisinin kolları aşkarlanaraq götürülüb.
Bayram Əmraliyev narkotik bitkilərə xas olan spesifik iydən yaxınlıqda yaşayan qonşuları yayındırmaq üçün iribuynuzlu mal-qaranın iylənmiş baş və ayaqlarından istifadə edib.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA