Lapşinin səhhətinə dair RƏSMİ AÇIQLAMA VERİLDİ
“Hər bir məhkum kimi Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin də səhhəti diqqət mərkəzindədir. Əgər kiminsə səhhətində bir problem yaranarsa, əlbəttə ki, buna diqqət yetirilir”.
APA TV-nın xəbərinə görə, bu fikirləri Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib.
"Müraciətlərə diqqətlə yanaşılır. Penitensiar müəssisələrdə saxlanılan hər bir məhkumun saxlanma şəraiti, onun sağlamlığı hər zaman diqqət mərkəzində saxlanılır. Eyni zamanda Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən məhkumların sağlamlıq vəziyyətinə, onların sağlıq durumuna daim diqqət yetirilir. Həm Tibb Baş İdarəsinin həkim-mütəxəssisləri, həm də Tibb Baş İdarəsinin tərkibində olmayan digər klinikaların həkim-mütəxəssislərinin dəvət olunması təcrübəsi mövcuddur. Buna görə də mən bu məsələdə heç bir narahatlıq görmürəm”.
Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib.
Onun barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb, sabah cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA