Qusarda yaşayış evi yanıb: qadın övladlarını çətinliklə xilas edib
Qusarın Əniğ kəndində yaşayış evi yanıb. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, yanğın kənd sakini Qızbacı Osmanovaya məxsus ümumi sahəsi 240 kv.m ikimərtəbəli 6 otaqlı evdə qeydə alınıb.
Evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanıb: "7 ailə üzvü var. 3 uşaqla evdə idim. Uşaqları yedirib yatırdım, gecə ayıldım ki, iy gəlir. Durub çıxdım bayır eyvana. Gördüm heç nə yoxdur. Aşağı düşüb baxdım, heç nə yox idi. O biri evin qapısını açanda alov vurdu məni. Gördüm uşaqlar tüstüdən boğulur. Hər şey yanıb. Heç bir şey də çıxara bilmədik".
Hadisə yerinə Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
OXŞAR XƏBƏRLƏR
17:52
613
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
670
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
753
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
531
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
658
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
692