Azərbaycanda bu yolda hərəkət pullu olacaq - SÜRƏT HƏDDİ GÖTÜRÜLÜR
Azərbaycanda ödənişli avtomobil yolu olacaq. Bu barədə APA TV-yə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, Bakı-Ələt-Astara-İran sərhədi yolunun ödənişli əsaslarla istifadəsi mümkündür: "Həmin yolun tikintisi artıq yekunlaşmaq üzrədir. Qərardan asılı olaraq ödənişli olub-olmaması müəyyənləşəcək. Bundan sonra həmin yoldan istifadə beynəlxalq təcrübəyə əsaslanaraq həyata keçiriləcək".
Qurum sözçüsü deyib ki, hazırda orada istifadə olunan alternativ yol mövcuddur.
Həmin yolun vəziyyəti hazırda normal deyil. Ələt-Astara-İran sərhədi avtomobil yolunun tikintisi yekunlaşandan sonra həmin alternativ yol da əsaslı şəkildə yenidən qurulacaq: "İnsanlar ödənişli, yaxud ödənişsiz yolla getməyə özləri qərar verəcəklər. Bəziləri düşünür ki, cibinə ziyan ola bilər, artıq vəsait ödəyir. Vaxt baxımından ödənişli yol daha yaxındır, ödənişsiz yolda yaşayış məntəqələrindən keçdiyinə görə müəyyən sürət limiti olur. Ödənişsiz yolda isə belə limit yoxdur, yüksək sürətlə hərəkət etmək mümkün olacaq. Bununla da sürücülər sərf olunan yanacağa qənaət edərək, həmin vəsaiti ödənişli yola ödəməklə oradan istifadə edə biləcəklər. Minik və yük maşınları arasında fərq qoyulacaq. Yük maşınları daha çox vəsait ödəməklə ödənişli yoldan istifadə edə biləcəklər".
Yolun istifadəyə verilməsi gələn ilin əvvəlinə nəzərdə tutulub. Hazırda tikintisi aparılan yol beynəlxalq maliyyə institutlarının ayırdığı kreditlər hesabına həyata keçirilir. "Azəravtoyol" rəsmisinin sözlərinə görə, ödənişlərdən əldə edilən gəlir həmin yolun saxlanmasına xərclənəcək.
Anar Nəcəfli bildirib ki, gələcəkdə digər ödənişli yolların da tikilməsi mümkündür: "Gələcəkdə bu mümkün olan məsələdir və planda var. Kifayət qədər yollarımız var ki, ödənişli yol ola bilər. Bakı-Quba istiqamətində belə bir yol ola bilər. Məsələn Qubadan Şamaxı istiqamətinə dağların arasından gözəl bir yol çəkmək mümkündür. Dövlət vəsaiti hesabına yox, şəxsi investisiyalar cəlb etməklə o yolun tikintisi həyata keçirə bilər. Oradan müəyyən məbləğdə gəlirlərin hesabına investror öz xərclədiyi vəsaiti çıxarır və öz gəlirini götürəndən sonra yolu dövlətə təhvil verir və onun istismarını artıq dövlət həyata keçirir".
Anar Nəcəfli bildirib ki, ödənişli yolun hər kilometrinə görə 4-7 qəpik ödəniş nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA