Lənkəranda evə basqın: quldur ananı öldürdü, qızını ağır yaraladı

Lənkəranda evə basqın olub, yaşlı qadın qətlə yetirilib, qızı yaralanıb.

 

APA TV-nin  Cənub bürosunun verdiyi məlumata görə, hadisə Liman şəhərində, Telman Bağırov 32 ünvanında baş verib.

Hələlik kimliyi açıqlanmayan şəxs  həmin ünvandakı evə basqın edərək 63 yaşlı Arifə Nəcəfova və onun övladı - 40 yaşlı İlahə Nəcəfovaya kürək və qol nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirib.  Xəsarət alanlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar və əməliyyat ediliblər: "1954-cü il təvəllüdlü  Nəcəfova Arifə Əsəd qızı çox ağır vəziyyətdə sol döş qəfəsinin çoxsaylı bıçaq xəsarəti, birbaşa ürəyin zədələnməsi ilə ağır vəziyyətdə daxil olub. Xəstə təcili əməliyyatı götürülüb, həyatla uyuşmayan zədələnmə olduğundan əməliyyat zamanı keçinib". 

 

Yaxınlarının dediyinə görə, hadisə zamanı evdə İlahə Nəcəfovanın azyaşlı oğlu da olub. O, anasının və nənəsinin vurulduğunu pəncərədən görüb və yaxınlıqda yaşayanları köməyə çağırıb. Qonşular səsə gələndə hadisəni törədən  şəxsi yaxalaya bilməsələr də, ümumi görünüşünü yadda saxlayıblar. Bu barədə polisə məlumat verilib. İlkin məlumata görə İlahə Nəcəfovanı vuran şəxs onu tanıyırmış.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. 

.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR