NATO qırıcısı Şoyqunun təyyarəsinə yaxınlaşdı: RUSLARDAN ATƏŞ XƏBƏRDARLIĞI

NATO qırıcısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə rusiyalı nazirin təyyarəsinin Baltik dənizinin neytral suları üzərindən uçarkən baş verib.

 

Kalininqrada gedən S.Şoyqunun olduğu təyyarəni dəniz aviasiyasına məxsus "SU-27" qırıcı təyyarələrdən ibarət mühafizə dəstəsi müşayiət edib.

 

Bu vaxt NATO qırıcılardan biri müdafiə nazirinin təyyarəsinə yaxınlaşmağa cəhd edib.

 

Lakin onların arasına keçən mühafizə dəstəsindəki "SU-27" qırıcısının pilotu təyyarədəki silahları nümayiş etdirərək atəş açacağı barədə xəbərdarlıq edib.

 

Bundan sonra NATO qırıcısı hadisə yerindən uzaqlaşıb.

Bu arada, Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, NATO-nun Rusiya sərhədlərinə yaxın ərazidə on minlərlə hərbçi və zirehli texnika cəlb edərək, genişmiqyaslı hərbi təlim keçirməsi alyansın anti-Rusiya kursu seçdiyini göstərir.




 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR