Prezident iftar mərasimində iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

 

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

 

İftar mərasimi "Qurani-Kərim"dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

 

Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs "Qurani-Kərim"in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə prezident İlham Əliyevə və qonaqlara minnətdarlığını bildirib.

 

Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete çıxış ediblər.

 

Dövlət başçısı mərasimdə nitq söyləyib: "Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Biz Bakıda erməni kilsəsini bərpa etdik və onu qoruyuruq. Ermənilər isə işğal olunmuş torpaqlarda bizim məscidlərimizi dağıdırlar. Həmin o "Gövhər ağa" məscidi ki, onun bənzəri Cocuq Mərcanlıda tikilib, dağılmış vəziyyətdədir. Binanı dağıtmaq olar, amma düşmən bilməlidir ki, dağılmış məscidlər bizim qəlbimizdə yaşayır. Biz bu məscidləri qəlbimizdə ucaltmışıq".

 

Sonra iftar süfrəsi açılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR