Balakən sakinlərindən külli miqdarda narkotik və silah götürüldü
Balakəndə narkotik tərkibli bitkilər əkib-becərən şəxslər saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, polis əməkdaşları növbəti əməliyyat-axtarış tədbiri keçirib.
Nəticədə 1958-ci il təvəllüdlü Nazim Qurban oğlu Nastakalovun Balakən şəhəri Rüfət Əhmədzadə küçəsində yaşadığı evin həyətindən 11 ədəd dibçəyin içərisindən 18 ədəd çətənə bitkisinin kolları aşkarlanaraq götürülüb. Əməliyyatın davamı olaraq yaşadığı evin zirzəmisindən isə şəxsi istehlak üçün nəzərdə tutulan miqdardan yuxarı çəkidə qurudulmuş marixuana götürülüb.
Aparılmış digər əməliyyat zamanı isə rayonun Mahamalar kənd sakini, 1962-ci il təvəllüdlü Bəxtiyar Nəcəf oğlu Kərimovun yaşadığı evin həyətyanı sahəsində kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən 5 ədəd çətənə bitkisinin kolları, yaşadığı evdən isə qanunsuz saxladığı 16 çaplı qoşalülə ov tüfəngi aşkarlanaraq götürülüb.
Hər iki əməliyyat zamanı götürülmüş vəsaitlər maddi sübut kimi istintaqa təhvil verilib.
Hər iki faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA