Bakıda yağış, bölgələrdə leysan və dolu yağacaq - TEMPERATUR DÜŞÜR

İyunun 22-də Bakı və Abşeron yarımadasında havanın tutulub açılacağı, səhər və gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 18-20, gündüz  22-25, Bakıda gecə  18-20, gündüz  23-25 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  20-21, Türkan, Hövsan, Sahil, Şıxda  22-23 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 15-20, gündüz  23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR