Mosulun azad olunmasına az qaldı: İŞİD TAM MÜHASİRƏDƏ

İraq ordusu komandanlığı Mosulda İŞİD-in tam mühasirəyə düşdüyünü bəyan edib. APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, son əməliyyat "köhnə şəhər" ətrafında həyata keçirilib.


Terrorçuların nəzarət etdiyi, Tiqr çayının sahilindəki Şifaa rayonu dairəyə alınıb. Terrorçular hazırda orda və köhnə məhəllələrdə də müqavimət göstərir.

İŞİD terrorçuları son dəfə iyunun 14-də əks-hücuma keçməyə cəhd edib. Lakin mühasirəni yara bilməyiblər. Qruplaşma ciddi itki verib.

Xatırladaq ki, İraq hökuməti Mosulun Ramazan bayramına qədər azad olunmasını qarşıya məqsəd qoyub.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR